Xabi Alonso top klubların diqqət mərkəzində

“Bayer Leverkuzen”in baş məşqçisi Xabi Alonso top klubların diqqət mərkəzindədir.

Sportline.az championat.com-a istinadla xəbər verir ki, ispaniyalı mütəxəssisin Almaniya klubunda göstərdiyi performans  “Mançester Siti”, “Bavariya”, ”Real Madrid” və “Liverpul” kimi klubların marağına səbəb olub.

Mənbə bildirir ki, “Mancester Siti” Pep Quardiolanın gələn ilin yayında başa çatacaq müqaviləsini yeniləməyəcəyi təqdirdə Xabi Alonso ilə anlaşmaq istəyir.

Bundan əvvəl gənc mütəxəssisin “Liverpul”da Yurgen Klopun yerinə əsəs namizəd olduğu bildirilirdi. 

Alonso hazırki klubuna 2022-ci ilin oktyabrında məşqçi təyin olunub. Bu mövsüm “Bayer Leverkuzen” Bundesliqada keçirdiyi 18 matçdan sonra 48 xalla çempionatın lideridir.

Eyni zamanda komanda ispan mütəxəssisin rəhbərliyi altında bütün turnirlər daxil olmaqla çıxdığı 27 görüşün heç birində məğlub olmayıb. (24 qələbə, 3 heç-heçə).