0:9-dan sonra istefaya göndərildi

"Bornmut" (İngiltərə) baş məşqçisi Skott Parkeri istefaya göndərib. 

Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə müqaviləyə xitam verildiyi bildirilib. 

Qeyd edək ki, Parkerlə ötən ilin yayında 3 illik sözləşmə imzalanmışdı. "Bornmut" onun baş məşqçiliyi altında Çempionşipdən elitaya yüksəlib. Parkerin komandası 3 gün əvvəl İngiltərə Premyer Liqasının 4-cü turunda "Liverpul"a 0:9 hesabı ilə uduzub.