11 milyondan çox iştirakçının olduğu yarışda çempion olan azərbaycanlıdan EKSKLÜZİV AÇIQLAMA

Dünyaca məşhur "Fantasy Premier League" virtual yarışı başa çatıb.

Sportline.az xəbər verir ki, 11 milyondan çox iıtirakçının qatıldığı yarışda çempion məhz azərbaycanlı Əli Cahangirov olub.

Saytımıza açıqlama verən Cahangirov bunun sürpriz olduğunu açıqlayıb: "Mənim üçün də sürpriz oldu. Başlayanda çempion olmaq məqsədi qoymamışdım qarşıma. Son tura qədər mübarizə apardım. Analizlər etdim, onlayn heyət üçün futbolçular seçdim. Onların topladıqları xallar sayəsində yekunda mövsümün qalibi oldum. 20 ildən çoxdur ki, "Arsenal" azarkeşiyəm. 4 ildir bu virtual oyunu oynayıram. Nəhayət çempion oldum".

Qeyd edək ki, Əli Cahangirovu 1 həftəlik Britaniyaya VİP səyahət, İngiltərə Premyer Liqasının 2 oyununu izləmək və saysıs-hesabsız hədiyyələr gözləyir.

Banner