13 yaşında olimpiya çempionu oldu
Yaponiyalı skeytbordçu Momidzi Nisiya Tokio-2020 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb.
Sportline.az xəbər verir ki, idmançı 13 yaş 330 günlüyündə çempion olub.
O, Yay Olimpiya Oyunlarının tarixinə düşüb. Nisiya çempion adını qazanan ən gənc ikinci idmançıdır.
Daha əvvəl ABŞ təmsilçisi Marcori Qestrinq 1936-cı ildə suyatullanma növündə 13 yaş 268 günlüyündə fərqlənib.