20 yaşlı gənci 3 məşhur klub istəyir

"Yuventus", "Roma" və "Monako" Kabo-Verdedən olan Jilson Tavareş uğrunda mübarizə aparacaq.

Sportline.az xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

Məlumatda bildirilir ki, "Eştoril Praya"nın 20 yaşlı hücumçusunun klubu ilə müqaviləsinin müddəti bu yay başa çatır. 

Onun agenti "Roma" ilə yaxşı münasibətdədir. Buna baxmayaraq, futbolçu üçün odənilməli olan məbləğ çox şeyi həll edəcək.