20 yaşlı ulduz futbolçu həbs oluna bilər

İngiltərənin tanınmış futbolçularından biri həbs oluna bilər. 

Sportline.az xəbər verir ki, istintaq səbəbi ilə adı hələ ki, açıqlanmayan futbolçu zorlamada ittiham olunur.

Bu haqda The Sun məlumat yayıb. Mənbənin verdiyi məlumata görə, London otellərindən birində saxlanılan futbolçu, sonradan girov sayəsində sərbəst buraxılıb.

Qeyd edək ki, ötən həftə o, barda tanış olduğu qadınla sonradan otelə yollanıb.

Ertəsi isə, həmin qadın polisə cinsi təcavüzlə bağlı şikayət edib.