2026-cı ildən "Formula 1"də komandaların sayı artacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edəcək komandaların sayı 2026-cı ildən etibarən artacaq.

Sportline.az xəbər verir ki, bu barədə "Racingnews365" nəşri məlumat yayıb.

Qətər Qran-prisindən (29 noyabr - 1 dekabr) sonra bu barədə rəsmi açıqlamanın veriləcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl "Andretti" komandası "Formula 1"də iştirak üçün ərizə verib. Hazırda yarışda 10 komanda mübarizə aparır.