39 yaşında Braziliya millisinə dəvət aldı

“Barselona”nın 39 yaşlı müdafiəçisi Dani Alves Braziliya millisinə dəvət alıb.

Sportline.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bu, onun “Barselona”ya qayıdışından sonra milliyə üçüncü çağırışıdır.

Braziliya millisi Asiya turu çərçivəsində Cənubi Koreya (2 iyun) və Yaponiya (6 iyun) ilə qarşılaşacaq.