40 yaşlı Vaqner Lavın yeni komandası müəyyənləşib

Bir çox avropa klubunun şərəfini qoruyan braziliyalı hücumçü Vaqner Lav komandasını dəyişə bilər.

Sportline.az insayder Ronaldo Fontanaya istinadla xəbər verir ki, təcrübəli oyunçu Atletiko "Qoyanense"dən ikinci divizionda çıxış edən "Avai"yə keçməyə yaxındır.

Qeyd edək ki, Vaqner Lav ötən mövsüm "Atletiko" klubunda 25 oyuna 7 qol vurub.