41 yaşlı Pepe "Porto"dan ayrılır
Portuqaliya futbolunun əfsanəvi müdafiəçilərindən Pepe bu yay "Porto"nu tərk edəcək.
Sportline.az xəbər verir ki, Portuqaliya klubu maliyyə vəziyyətinə görə oyunçu ilə müqavilə yeniləməmək qərarına gəlib.
Bu barədə klubun Prezidenti Andea Vilaş Boaş Now kanalına müsahibəsində açıqlama verib.
Qeyd edək ki, Pepe 2019-cu ildən "Porto"da çıxış edirdi.Bu müddət ərzində müdafiəçi klubla birgə 2 dəfə Portuqaliya Liqasının, 4 dəfə ölkə kubokunun, 1 dəfə Liqa kubokunun , 2 dəfə isə Super Kubokun qalibi olub.