52-ci dəfə ölkə çempionu oldu

Futbol üzrə Şotlandiya çempionatında mövsümün qalibi müəyyənləşib.

Sportline.az xəbər verir ki, bu ada “Seltik” layiq görülüb.

Komanda pley-offda “Dandi Yunayted”lə heç-heçə edib – 1:1. Bu nəticədən sonra xalını 90-a yüksəldən “Seltik” çempionatın bitməsinə bir tur qalmış çempionluğu rəsmiləşdirib.

Beləliklə, Qlazqo təmsilçisi tarixində 52-ci dəfə ölkə çempionu olub.