66 ildən sonra çempionluq qazandılar

"Antverpen" 2022/23 mövsümündə Belçika çempionu olub.

Sportline.az xəbər verir ki, son tur öncəsi Mark van Bommelin komandası 46 xalla çempionlar qrupuna başçılıq edirdi. "Yunion" eyni sayda, "Genk" 45, "Brügge" 33 xala malik idi. Birinci yer üçüncü, ikinci pillənin sahibi isə dördüncü ilə oynayıb.

"Yunion" 89-cu dəqiqəyə kimi turnir cədvəlində lider olub. "Brügge"dən ardıcıl 3 qol "Yunion"a baha başa gəlib.

Digər oyunda isə əlavə olunmuş 4-cü dəqiqədə müdafiəçi Tobi Alderveyreldin vurduğu zərbə sayəsində hesabı bərabərləşdirən "Antverpen" liderliyə yüksəlib və heç-heçə (2:2) edərək 1957-ci ildən sonra ilk dəfə, tarixində isə 5-ci dəfə çempion olub.

Banner