7-ci dəfə ölkə kubokunu qazandılar

Xorvatiya kubokunda 2022/23 mövsümünə yekun vurulub.

Sportline.az saytının məlumatına görə, həlledici qarşılaşmada “Hayduk” “Sibenik”lə üz-üzə gəlib.

“Hayduk” “Sibenik” - 2:0

Qollar: Melnyak, 62, Livaya, 90+5-pen.

Bu qələbə sayəsində “Hayduk” tarixi ərzində 7-ci dəfə Xorvatiya kubokunun qalibi olub. Split təmsilçisi daha əvvəl 1992-93, 1994-95, 1999-2000, 2002-03, 2009-10, 2012-13 və 2021-22 mövsümlərində də Xorvatiya kubokunu başı üzərinə qaldırıb.

 

Banner