8 ildən sonra "Liverpul"dan ayrılır

"Liverpul"la müqaviləsi başa çatan Ceyms Milner karyerasını "Brayton"da davam etdirəcək.

O, Premyer Liqa təmsilçisi ilə 1+1 sistemi ilə anlaşıb.

8 il "Liverpul"un şərəfini qoruyan futbolçu bu komanda ilə İPL, Çempionlar Liqası, İngiltərə kuboku, Avropa Superkuboku və klublararası dünya çempionatının qalibi olub.

"Liverpul"adək o, "Mançester Siti", "Aston Villa", "Nyukasl" və "Lids" klublarının formasını geyinib.