Abbasov azarkeşlərlə vidalaşdı, alqışlarla yola salındı

“Şamaxı”dan ayrılacaq baş məşqçi klubun azarkeşləri ilə vidalaşıb.

Sportline.az xəbər verir ki, hadisə Misli Premyer Liqasının 32-ci turunda - “Şamaxı”nın bu mövsümkü son ev göründə baş verib. Həmin oyunda Ayxan Abbasovun komandası “Turan Tovuz”a 3:2 hesabı ilə qalib gəlib.

Matç bitən kimi tribunalara yaxınlaşan A.Abbasov fanatlarla vidalaşıb, azarkeşlər isə məşqçini alqışlarla yola salıb.

Azərbaycan millisinin də baş məşqçisi olan A.Abbasovun yeni mövsümdə də hansısa klubu çalışdırıb-çalışdırmayacağına dair hələlik rəsmi məlumat yoxdur.