Abdullayev penaltiyə səbəb oldu, "Anortosis" 1/4 finala yüksəldi
Kipr Kubokunda 1/8 final mərhələsinin cavab görüşləri keçirilib.
SportLine.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Araz Abdullayevin şərəfini qoruduğu "Anortosis" səfərdə “Ayia Napa” ilə qarşılaşıb. Matçda qalib müəyyənləşməyib - 1:1.
İlk oyunda 3:2 hesablı qələbə qazanan "Anortosis" 1/4 finala adlayıb.
A.Abdullayev matça start heyətində başlayıb. 64-cü dəqiqədə onun zərbəsindən sonra rəqib futbolçu topu boş qapıdan əllə çıxardığı üçün qırmızı vərəqə ilə cəzalandırılıb. Təyin olunan penaltini isə Duqlao dəqiq yerinə yetirib.