ABŞ dünya çempionatından imtina etdi

ABŞ Boks Federasiyası bu il keçiriləcək dünya çempionatında iştirakdan imtina edib.

Sportline.az xəbər verir ki, buna səbəb Rusiya və Belarus idmançılarının yarışa qatılmasına icazə verilməsidi.

Beynəlxalq Boks Assosiasiyasının (IBA) Rusiya və Belarus boksçularının öz bayraqları altında mundialda iştirakına icazə verməsi ABŞ-ın oğlan və qız boksçularının boykotu ilə nəticələnib. Matc.az xəbər verir ki, Amerika Boks Federasiyasının rəhbəri Mayk Makati bununla bağlı IBA-ya rəsmi məktub da göndərib.

Qeyd edək ki, boks üzrə kişilər arasında dünya çempionatı mayın 1-dən 14-dək Özbəkistanda keçiriləcək. Martın 15-dən 31-dək isə Hindistanda qadınlar dünya çempionatının medalları uğrunda mübarizə aparacaqlar.