ABŞ şahmatçısı: "Şəhriyar Məmmədyarovla görüşdə bəxtim gətirdi"
"Məmmədyarovla ilk görüş asan keçmədi və deyə bilərəm ki, bir qədər bəxtim gətirdi".
Sportline.az xəbər verir ki, bunu ABŞ şahmatçısı Hikaru Nakamura Almaniyanın paytaxtı Berlində təşkil olunan FIDE Qran-prisinın III mərhələsinin yarımfinalında Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarovu mübarizədən kənarlaşdırması barədə danışarkən deyib.
35 yaşlı qrossmeyster heç-heçə etdikləri birinci partiyanın olduqca mürəkkəb keçdiyini bildirib: "Məncə, rəqibin bu qarşılaşmada qalib gəlmək şansları çox idi, sadəcə, vaxtı çatmadı".
Nakamuranın sözlərinə görə, tay-breyk görüşündə müdafiə xəttini düzgün quraraq, Məmmədyarova qalib gəlib.
Qeyd edək ki, Hikaru Nakamura finalda həmyerlisi Uesli So ilə qarşılaşacaq.