Abubakar "Neftçi"ni tərk edə bilər

"Neftçi"nin kamerunlu ulduzu Vinsent Abubakar mövsümün sonunda komandanı tərk edə bilər.

Sportline.az xəbər verir ki, təcrübəli hücumçu Türkiyənin iki klubundan təklif alıb.

Yuri Vernidubun gəlişindən sonra heyətdə yer almaqda çətinik çəkən 34 aşlı forvardın bu təkliflərə isti yanaşdığı bildirilir.

Qeyd edək ki, Abubakar "Neftçi" ilə 8 ay+1 illik müqaviləsi var.

Bu baxımdan son qərar vermək hüququ "Neftçi"dədir.