Açılış oyununda 2 qol
İngiltərə Premyer Lqiasında turun açılış oyunu Vulverhempton şəhərində keçirilib.
Sportline.az xəbər verir ki, yerli komanda paytaxt London təmsilçisi “Kristal Pelas”la üz-üzə gəlib.
Meydan sahibləri görüşün talehini elə ilk hissədə həll ediblər. 18-ci dəqiqədə Rayan Ait-Nuri baxımlı zərbə ilə topu qapıdan keçirib. 9 dəqiqə sonra fərq artıb. Pedro Netonun ötürməsini Daniel Podense qolla tamamlayıb. Fasilədən sonra qonaqlar bir neçə epizodda fərqlənməyə çalışsalar da səyləri nəticəsiz qalıb. Əvəzində isə komanda görüşün sonlarında azlıqda qalıb. Luka Milivoeviç birbaşa qırmızı vərəqə ilə cəzalandırılaraq meydandan kənarlaşdırılıb. Beləliklə “Vulverhempton” futbolçuları doğma meydanda qazanıblar. “Vulverhempton” – “Kristal Pelas” 2:0.