Adil Əliyev: "Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır"
"V İslam Həmrəyliyi Oyunlarında ölkəmizə medalla qayıdan Azərbaycan Kikboksinq Federasiyasının idmançıları ilə görüşdük. Dövlət başçısı tərəfindən idmana ayrılan yüksək diqqət və qayğı nəticəsində Azərbaycan dünyada idman ölkəsi olaraq tanınır".
Sportline.az xəbər verir ki, bunu Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti və Milli Məclisin sədr müavini Adil Əliyev deyib.
O bildirib ki, bu gün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın V İslam Həmrəyliyi Oyunlarında nəticə əldə etmiş idmançılarla görüşərək, onlara gələcək fəaliyyətində uğurlar arzu etməsi ölkə rəhbərliyinin idmançılarımıza verdiyi yüksək qiymətin, dəyərin əyani sübutudur:
"Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunlarında kikboksinqdən ibarət millimiz 3-ü qızıl, 5-i gümüş, 7-si bürünc olmaqla İslamiadadan 15 medalla Vətənə qayıtdılar. Bütün idmançılarımızı qazandıqları qələbələr münasibətilə səmimi qəlbdən təbrik edir, peşəkar karyeralarında uğurlar arzu edirəm".