AFFA-da dəyişiklik

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbərliyində dəyişiklik edilib. SportLine.az xəbər verir ki, Mikayıl Nərimanoğlu vəzifəsindən azad olunub.

O, bundan sonra Federasiyanın Komitələrlə iş üzrə koordinatoru kimi fəaliyyət göstərəcək.

İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsini isə müvəqqəti olaraq Firuz Abdulla (Qarayev) icra edəcək.

Qeyd edək ki, Mikayıl Nərimanoğlu 2005-ci ildən sözügedən vəzifədə çalışırdı.