AFFA hakimi vuran futbolçunu cəzalandırdı

Futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsində mübarizə aparan “Baku Fans” klubunun üzvü Aqşin Ömərov 2 illik cəza alıb.

Sportline.az xəbər verir ki, buna, Aqşinin  “ADBTİA” ya qarşı oyunda qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılarkən, görüşün hakimi Yusif  Nurullayevə qarşı fiziki təzyiq göstərərək, onu yumruqla vurması səbəb olub. 

Nəticədə hakim ciddi xəsarət alıb. 

Bütün bunları nəzərə alan İntizam Komitəsi onu diskalivifikasiya edib. Ömərov 2 illik futboldan kənarlaşdırılıb.