AFFA Hakimlər Komitəsindən yeni qərar

AFFA Hakimlər Komitəsi futzal üzrə I və II liqaların oyunlarına 3 hakimin təyin olunması barədə qərar qəbul edib.

SportLine.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu zaman beynəlxalq Oyun Qaydalarının tələbləri, beynəlxalq təcrübə və futzal hakimlərinin inkişafı əsas götürülüb.

Qeyd edək ki, indiyə qədər qeyd olunan liqalarda oyunları 2 hakim idarə edirdi. AFFA daha öncə uşaq liqalarındakı hakimliklə bağlı yenilik edib.