Gürcüstanlı futbolçu "Barselona"da?

“Barselona” “Atletiko Madrid”in hücumçusu Xulian Alvaresin transferi baş tutmasa, “Vilyarreal”ın futbolçusu Georges Mikautadzeni heyətinə qatmağı planlaşdırır.

Sportline.az xəbər verir ki, Kataloniya klubu 25 yaşlı gürcü hücumçunun agenti ilə danışıqlara başlayıb. Mikautadzenin də “Barselona”da çıxış etməyə müsbət yanaşdığı bildirilir. “Sport”un məlumatına görə, Kataloniya təmsilçisinin əsas hədəfi hələ də Alvaresdir, lakin danışıqlar nəticə verməsə, diqqət Mikautadzeyə yönələcək.

Qeyd edək ki, Georges Mikautadze ötən mövsüm La Liqada 15 qol vurub və 6 məhsuldar ötürmə edib. Klubun onun transferi üçün 60 milyon avrodan aşağı təklifi qəbul etməyəcəyi qeyd olunur.