“Qarabağ” “Dinamo”nun 20 illik seriyasına son qoyub
Kiyev “Dinamo”su UEFA Konfrans Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”a uduzaraq avrokuboklarla vidalaşıb və tarixi antirekorda imza atıb. Paytaxt klubu ilk oyunda 1:0 hesabı ilə qalib gəlsə də, Bakıda 0:2 hesabı ilə məğlub olub.
Sportline.az Ukrayna mediasına istinadən xəbər verir ki, “Dinamo” sonuncu dəfə bu qədər erkən mərhələdə 2005/06 mövsümündə avrokuboklardan kənar qalmışdı. Həmin vaxt Kiyev təmsilçisi İsveçrənin “Tun” klubuna uduzmuşdu.
Bundan sonra “Dinamo” hər mövsüm ən azı avrokubokların pley-off mərhələsinə qədər irəliləyirdi. Bu seriya “Qarabağ”la oyunlardan sonra başa çatıb.
Bundan başqa, “Dinamo” 1992-ci ildən bəri ilk dəfə ilk matçdan sonra üstün olduğu halda iki oyunluq qarşıdurmada mübarizəni dayandırıb. Buna qədər belə 11 cütün hamısında Kiyev klubu mərhələ adlamışdı.