Ferdi Kadıoğlu "Fənərbağça"ya qayıdır?
“Fənərbağça” Çempionlar Liqasına vəsiqə qazanacağı təqdirdə heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
Sportline.az xəbər verir ki, “Şturm Qraz”ı 1:0 hesabı ilə məğlub edərək pley-offa yüksələn İstanbul təmsilçisinin Ferdi Kadıoğlunu geri qaytarmaq istədiyi iddia olunur. İddialara görə, Çempionlar Liqasına vəsiqə qazanılacağı halda klub prezidenti Aziz Yıldırım Ferdi Kadıoğlunun transferini həyata keçirmək istəyir. İddia edilir ki, hazırda “Brayton”da çıxış edən futbolçu üçün 50 milyon avroya qədər təklif hazırlana bilər.
Bildirilir ki, Çempionlar Liqasından əldə olunacaq əlavə gəlir Ferdi Kadıoğlu kimi bahalı transferin həyata keçirilməsinə imkan yarada bilər.