AFFA İcraiyyə Komitəsinin iclasının gündəliyi açıqlandı

Noyabrın 3-də Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. Sportline.az qrumun saytına istinadən xəbər verir ki, saat 9:30-da başlayacaq iclasın gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

1. Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizədlərin müzakirəsi

2. Avro-2020-nin final mərhələsinə vəsiqə uğrunda komandaların keçməli olduğu yol barədə prezentasiya

3. Digər məsələlər

İclas başa çatdıqdan sonra mətbuat nümayəndələri üçün brifinq keçiriləcək.