AFFA İntizam Komitəsi "Turan Tovuz"a xəbərdarlıq edib

AFFA İntizam Komitəsi "Turan Tovuz" klubuna xəbərdarlıq edib.

Sportline.az xəbər verir ki, bölgə təmsilçisinin milli assosiasiyanın və Peşəkar Futbol Liqasının imicinə zərər vuran əsassız bəyanat yayması səbəb kimi göstərilib.

Qeyd edək ki, "Turan Tovuz"un səfərdə "Şamaxı"nı 1:0 hesabı ilə məğlub etdiyi XXIV turun oyunu TV vasitəsi ilə canlı yayımlanmayıb və matçda video köməkçi hakim (VAR) olmayıb.

Klub bu səbəbdən görüşün təxirə salınmasını istəyərək bəyanat yaymışdı.