AFFA "Neftçi"nin şikayətini təmin etmədi

AFFA “Neftçi”nin Misli Premyer Liqasının 23-cü turrunda “Turan Tovuz”la oyunu ilə bağlı İntizam Komitəsi qərarına verdiyi şikayəti təmin etməyib.

Sportline.az qurumun saytına istinadən xəbər verir ki, bu haqda Apellyasiya Arbitraj Tribunalı qərar qəbul edib.

Məlumatda bildirilib: "Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin. 9 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIII turun “Neftçi” – “Turan Tovuz” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən təhqiredici pankart açıldığına görə “Neftçi” komandasının 15000 manat cərimə edilməsi barədə AFFA İntizam Komitəsinin 11 mart 2026-cı il tarixli qərarı öz qüvvəsində saxlanılsın".

Qeyd edək ki, sözügedən görüşdə "Turan Tovuz" 1:0 hesablı qələbə qazanıb.