AFFA-nın baş katibindən final açıqlaması

Bu gün Konfrans Liqasında, mayın 28-də isə Çempionlar Liqasında final oyunu keçiriləcək.

Sportline.az xəbər verior ki, “Roma” – “Feyenoord” və “Liverpul” – “Real” matçları ilə 2021/22 mövsümü başa çatacaq.

AFFA-nın baş katibi Sərxan Hacıyev həlledici qarşılaşmalarla bağlı fikirlərini bildirib. Gənc funksioner Tirana və Parisdəki görüşlərdə bol qollu mübarizəyə ümid edir:

“Hər iki finalda gözəl təşkilatçılıq, maraqlı və gərgin mübarizə, yüksək futbol keyfiyyəti görəcəyimizə inanıram. Futbolun gözəlliyi qoldur, ümidvaram ki, bol qollu oyunlar olacaq. Hər iki finalda möhtəşəm oyun gözləyirəm”.