AFFA-nın əməkdaşları UEFA-nın seminarında iştirak ediblər
AFFA-nın əməkdaşları Gürcüstanın paytaxtı Tbilisidə UEFA-nın üzv assosiasiya nümayəndələrinin iştirakı ilə “UEFA-nın Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı” mövzusunda seminara qatılıblar.
Sportline.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tədbirdə qurumun Klubların Lisenziyalaşdırılması Departamentinin əməkdaşları iştirak ediblər.
Seminar zamanı aşağıdakı mövzular müzakirə olunub:
• Növbəti mövsümdən etibarən klublara UEFA tərəfindən ödənilən həmrəylik ödəmələrinin lisenziyalaşdırma qaydalarında əks olunması və bu qaydalara uyğun idarə olunması;
• Gürcüstanda lisenziyalaşdırma sisteminin və infrastruktur layihələrinin inkişafı;
• Müxtəlif ölkələrdə lisenziyalaşdırma prosesi çərçivəsində klubların uşaq akademiyalarında monitorinq və yoxlamaların təşkili;
• Klubların Lisenziyalaşdırılması və Maliyyə Dayanıqlığı qaydalarında yeniliklər;
• Cari mövsümdən etibarən tətbiq edilən yeni hüquqi meyarın müzakirəsi və tətbiqi (klubların əmtəə nişanları, tarixi və idman nailiyyətləri);
• Bir neçə klubun eyni sahibkarlıqda olması ilə bağlı məsələlər;
• Lisenziar olan milli assosiasiyaların sertifikasiyası;
• UEFA-nın Lisenziyalaşdırma üzrə illik hesabatı;
• UEFA-nın milli assosiasiyalar arasında təcrübə mübadiləsi proqramı və s.