AFFA-nın konfransı belə keçiriləcək

Yanvarın 29-da keçiriləcək AFFA-nın Növbəti Konfransı media üçün qapalı olacaq.

Sportline.az milli assosiasiyaya istinadən xəbər verir ki, bu, toplantının video-konfrans formatında təşkili ilə əlaqədardır.

İclasın ardından - saat 13:00-da isə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun videokonfrans formatında (zoom proqramı vasitəsilə) mətbuat konfransı keçiriləcək.