AFFA rəsmiləri millinin düşərgəsində
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov və baş katib Sərxan Hacıyev 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
Sportline.az xəbər verir ki, AFFA rəsmiləri millimizə Avropa çempionatının seçmə mərhələsində Estoniya komandasına qarşı keçirəcəyi oyunda və Belarus yığması ilə yoxlama görüşündə uğurlar arzulayıb. Görüşdə AFFA-nın Texniki direktoru Cahangir Həsənzadə də iştirak edib.
Qeyd edək ki, U-21 Avropa çempionatının seçmə mərhələsində martın 25-də Estoniya, 29-da isə yoxlama oyununda Belarus seçməsi ilə qarşılaşacaq.