Afrika Çempionlar Liqasının qalibi oldular
Afrika Çempionlar Liqasının qalibinin adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, final matçında "Vidad" (Mərakeş) "Əl Əhli"yə (Misir) qalib gəlib - 2:0. Mərakeş klubu tarixində 3-cü dəfə Afrika çempionu olub.
"Vidad" növbəti il FİFA Klublararası dünya çempionatında iştirak edəcək.