Ağabala Ramazanovun yeni klubu bilindi

"Zirə"dən ayrılan Ağabala Ramazanovun yeni klubu məlum olub.

Sportline.az xəbər verir ki, hücumçu "Səbail"ə keçəcək. Artıq tərəflər arasında razılaşma əldə edilib və yaxın zamanda rəsmi açıqlama veriləcək.

Ağabala Ramazanovun qardaşı Zaur Ramazanov bu klubda məşqçi kimi çalışır.