Ailton Silvanın taleyi qaranlıqdır

"Ştutqart" klubu "Qarabağ"dan ayrılan Ailton Silva ilə yolları ayırmağa hazırlaşır. 

Sportline.az  xəbər verir ki, Bundesliqaya yüksələn komanda 25 yaşlı cinah müdafiəçisinə ehtiyac görmür. 

2017-ci ildən "Ştutqart"a məxsus olan və əsas komandada möhkəmlənə bilməyən braziliyalı oyunçu bu vaxta qədər 3 dəfə icarəyə verilib. Nəşr iddia edir ki, icarədən qayıdan digər futbolçular Ailton Silvaya nisbətən daha şanslıdır və klub onlara etimad göstərəcək. 

"Ştutqart"ın həmin mövqeyə yeni futbolçu transfer edəcəyi də istisna edilmir. 

Qeyd edək ki, Ailton Silva ötən mövsümü icarə əsasında "Qarabağ"da keçirib. Onun klubu ilə müqaviləsi 2021-ci ilin yayında bitir.