Ali "Zirə"dən getdi

"Zirə" futbolçusu Ali Sesayla yollarını ayırıb.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, 27 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Klub 27 yaşlı sierra-leoneli oyunçuya göstərdiyi xidmətləri qarşılığında təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.