Alleqriyə fantastik təklif
"Əl-Hilal" klubu "Yuventus"un baş məşqçisi Massimiliano Alleqriyə 70 milyon avroluq təklif ünvanlayıb.
Sportline.az "La Gazzetto dello Sport"a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi yaxın 3 mövsümdə onu komandanın sükanı arxasında gösrmək istəyir.
Müqavilənin şərtləri mövsümə 20 milyon avro və 10 milyon bonus təşkil edir.
Qeyd edək ki, 55 yaşlı mütəxəssis "Yuventus"da mövsümə 7 milyon avroya çalışır.