Almaniya futboluna ağır itki üz verib

Almaniya futboluna ağır itki üz verib.

Sportline.az xəbər verir ki, 1974-cü ildə dünya çempionu olan Yürgen Qrabovski 77 yaşında vəfat edib. 

Bu barədə onun uzun müddətdir fəaliyyət göstərdiyi “Ayntraxt” klubu məlumat yayıb. 

Frankfurt təmsilçisinin açıqlamasında deyilir: "Ayntraxt" indiyə qədər oynamış ən böyük futbolçulardan biri qarşısında təşəkkür və hörmətlə baş əyir. Başsağlığı diləklərimizi həyat yoldaşı Helqa və ailəsinə göndəririk”.

Son illər səhhətində problem olan Qrabovski Almaniya yığmasının heyətində üç dünya çempionatında oynayıb, 1974-cü ildə isə mundialın qalibi olub.