Almaniya klubu baş məşqçisiz qaldı
Almaniyanın “Arminiya” komandasının baş məşqçisi Frank Kramer istefaya göndərilib.
Sportline.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komandanın uğursuz çıxışlarına görə rəhbərlik belə qərar verib. Bielefeld təmsilçisi elitada qalmaq uğrunda mübarizə aparır. “Arminiya” hazırda 30 oyuna topladığı 26 xalla 18 iştirakçı arasında 17-ci pillədə qərarlaşıb.