Almaniya klubu Bonuççini istəyir

"Union" klubu "Yuventus"un müdafiəçisi Leonardo Bonuççinin xidmətində maraqlıdır.

Sportline.az xəbər verir ki, bu haqda tanınmış jurnalist Nikolo Skira məlumat paylaşıb.

Onun sözlərinə görə Berlin klubu 36 yaşlı futbolçuya 1 illik müqavilə təklif edib.

Qeyd edək ki, bir müddət əvvəl "Yuventus"un Bonuççi ilə yolları ayırmaq qərarına gəldiyi haqda xəbərlər dolaşırdı.

12 ildir Turin təmsilçisinin formasını geyinən Bonuççinin transfer qiyməti milyon yarım avro kimi göstərilir.