Almaniya klubu "Fənərbağça"lı üçün 4 milyon avro xərcləyəcək
"Ausburq" icarə əsasında komandada çıxış edən Mergim Berişanın transfer hüquqlarını alacaq.
Sportline.az xəbər verir ki, Bundesliqa təmsilçisi alman hücumçu üçün müqavilə ilə məxsus olduğu "Fənərbağça"ya 4 milyon avro ödəyəcək. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Berişa bu mövsüm "Auqsburq"la 24 oyunda 4 qol, 10 məhsuldar ötürmə ilə yadda qalıb.