Almaniya klubunda yeni baş məşqçi
"Herta"nın yeni baş məşqçisi müəyyənləşib.
Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Pal Dardai təyin olunub. Macarıstanlı mütəxəssislə 2022-ci ilin iyununa qədər müqavilə imzalanıb. O, bu vəzifədə istefaya göndərilən Bruno Labbadianı əvəzləyib.
Qeyd edək ki, Dardai 2015-2019-cu illərdə "Herta"nı çalışdırıb.
Xatırladaq ki, "Herta" Bundesliqada 18 turdan sonra 17 xalla 14-cü pillədə qərarlaşıb.