Almaniya klubunda yeni baş məşqçi
Almaniyanın "Leyptsiq" klubunun yeni baş məşqçisi məlum olub.
Sportline.az xəbər verir ki, komandanı hazırda Avstriya “Zalsburq”unun baş məşqçisi olan Cessi Marş çalışdıracaq. Amerikalı mütəxəssislə 2 illik anlaşma imzalanıb.
47 yaşlı mütəxəssis bu vəzifədə yeni mövsümdən "Bavariya"nı çalışdıracaq Yulian Naqelsmannı əvəzləyib.
Marş 2018-2019-cu illdərdə "Leyptsiq"də məşqçi kimi işləyib.