Almaniya klubunda yeni baş məşqçi

"Köln"ün yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun saytına istinadən xəbər verir ki, bu vəzifəyə Steffen Baumqart təyin olunub. O, bu mövsüm başa çatdıqdan sonra Bundesliqa təmsilçisini çalışdıracaq. Fridhelm Funkeli əvəzləyəcək 49 yaşlı mütəxəssislə 2023-cü ilin yayına qədər müqavilə imzalanıb.

Qetd edək ki, "Köln" hazırda Bundesliqada 29 xalla 17-ci pillədə qərarlaşıb.