Almaniya klubunda yeni baş məşqçi

Almaniyanın "Herta" klubunun yeni baş məşqçisi müəyyənləşib.

Sportline.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən gün Sandro Şvartsla yolları ayıran Bundesliqa təmsilçisi onu Pal Dardai ilə əvəzləyib.

Macarıstanlı mütəxəssislə müqavilə mövsümün sonuna qədər nəzərdə tutulub. Dardai bundan əvvəl iki dəfə (2015-2019, 2021-2022) Berlin təmsilçisini çalıdırıb.

Qeyd edək ki, "Herta" Bundesliqada 28 turdan sonra 22 xalla sonuncu sıradadır.