Almaniya klubunda yeni mütəxəssis
"Hoffenhaym"ın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportline.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bundesliqa təmsilçisini ABŞ-dan olan mütəxəssis Pelleqrino Mataraçço olacaq. 45 yaşlı məşqçi ilə 2025-ci ilin iyun ayının 30-na kimi müqavilə imzalanıb.
Mataraçço bu vəzifədə 2 gün əvvəl istefaya göndərilən Andre Braytenrayteri əvəzləyib.
Qeyd edək ki, "Hoffenhaym" hazırda Bundesliqanın turnir cədvəlində 19 xalla 14-cüdür.