Almaniya millisinin uğursuzluğu

2014-cü ildə Dünya çempionu olduqdan sonra Almaniya millisi iştirak etdiyi böyük turnirlərdə əvvəlki uğurlarını təkrarlaya bilməyib. Son illərdə komandanın nəticələri azarkeşlər üçün məyusedici olub.

Sportline az ESPN nəşrinə istinadən xəbər verir ki, Almaniyanın 2014-cü ildən sonra böyük turnirlərdəki çıxışı bunlardır:

AVRO-2016 – Yarımfinalda mübarizəni dayandırdı.
DÇ-2018 – Qrup mərhələsində mübarizəni başa vurdu.
AVRO-2020 – 1/8 final mərhələsində turnirlə vidalaşdı.
DÇ-2022 – Qrup mərhələsindən irəli gedə bilmədi.
AVRO-2024 – 1/4 finalda mübarizəni dayandırdı.
DÇ-2026 – 1/16 final mərhələsində turnirdən kənarda qaldı.

Bundan əlavə, Almaniya indiyədək UEFA Millətlər Liqasının qalibi olmağı da bacarmayıb.

Bundan əlavə 2014-cü ildə dünya futbolunun zirvəsinə yüksələn Almaniya millisi sonrakı dövrdə keçirdiyi böyük turnirlərdə sabit və uğurlu nəticələr göstərməkdə çətinlik çəkir.

Banner