Almaniya millisinin yeni baş məşqçisi ilə razılıq əldə olunub
Almaniya millisinin yeni baş məşqçisi məsələsi həllini tapıb.
Sportline.az Bild nəşrinə istinadla xəbər verir ki, bu posta Yulian Nagelsman təyin olunacaq.
Almaniya Futbol İttifaqı ilə mütəxəssis arasında müqavilənin son detallarının razılaşdırıldığı bildirilir.
Qeyd edək ki, hazırda "Bavariya"nı çalışdıran Yulian Nagelsmann bundan əvvəl "Hoffenhaym" və "Leypsiq"in baş məşqçisi olub.